Binəqədidə yaradılmış “Aqro Lizinq” MMC dövlət qeydiyyatına alındı

0
73
bineqedi-yol-temiri.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Aqro Lizinq” MMC-ni dövlət qeydiyyatına alıb.

Bineqedi.info saytına verilən məlumata görə, yeni lizinq şirkətinin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, Üzeyir Hacıbəyov küçəsi, ev 2/10, mənzil 117, nizamnamə kapitalı 20 manat, qanuni təmsilçisi isə Anar Məqsəd oğlu Yusifovdur.

Xatırladaq ki, 2005-2020-ci ilərdə Azərbaycanda “Aqrolizinq” adı ilə dövlət şirkəti (ASC) fəaliyyət göstərib. Kənd Təsərrüfatı Nazirliyinə məxsus şirkətin adı Prezident İlham Əliyevin bu il avqustun 17-də imzaladığı sərəncamla “Aqroservis”ə dəyişdirilib.

Bineqedi.info

Əvvəlki məqalə“Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxs yaradıldı
Növbəti məqalədəBinəqədi rayonunda fəaliyyət göstərən ictimai təşkilatlar