Bakıda oğurluq edən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Bineqedi.info saytına verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşları əməliyyat keçiriblər.
Əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 31-də rayon ərazisindəki köşklərin birindən 3800 manat dəyərində tütün məmulatı, danışıq kartları, qulaqcıqlar və müşahidə kameraları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Məhərrəmova saxlanılıb.
Bineqedi.info