Sənədlərin surətinin notarial təsdiqi üçün rüsum azaldıldı – Prezident təsdiqlədi

0
51
prezident-serencam-ilham-eliyev

Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” qanuna dəyişikliyi təsdiqləyib.

Dəyişikliklə Azərbaycanda sənədlərin surətinin notarial təsdiqi üçün rüsumun miqdarı azaldılaraq 1,5 manat müəyyən edilib.
Notariat xidmətlərinin göstərilməsi sahəsində vətəndaş məmnunluğunun artırılması məqsədilə edilən dəyişikliklə sənədlərin surətinin təsdiqi üçün rüsumun miqdarı azaldılaraq 1,5 manat müəyyən edilib. Sənəddə göstərilən bir sıra hallarda notariat hərəkətləri ilə əlaqədar xidmətə görə haqq tutulmayacaq.
Qeyd edək ki, hazırda sənədlərin notarial təsdiqinə görə rüsumun məbləği 5 manatdır.
Bu Qanun 2021-ci il martın 1-dən qüvvəyə minir.

Əvvəlki məqaləİşaxtaran şəxslərin peşə hazırlığı ödənişsiz olacaq – Qərar
Növbəti məqalədəMartda 14 gün iş olmayacaq