Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Binəqədi rayonunun ərazisində yerləşən Azfar MMC-nin stadionunda 26 İyun – Silahlı Qüvvələr Gününə həsr olunmuş “Futbol” turniri keçirilmişdir.
Bineqedi.info-ya verilən məlumata görə,” Futbol” turnirinin nəticəsinə əsasən 1-ci yeri “Binəqədi” komandası , 2-ci yeri “Biləcəri” komandası, 3-cü yeri “Mehdiabad” komandası tutmuşdur.
Qaliblərin mükafatlandırılması mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin Kütləvi Bədən Tərbiyəsi Sektorunun müdiri Samir Salehov, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Rüfət Əhmədov, baş məsləhətçisi Elvin Quliyev, aparıcı məsləhətçi Rafiq Nəsirov iştirak etmişdir.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına uyğun olaraq “COVID-19” virusunun qarşısının alınması məqsədi ilə sosial məsafə qorunub. İştirakçılar hərarətləri yoxlanıldıqdan sonra stadiona daxil olublar.
Bineqedi.info