3-4 iyul tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkaları təşkil olunacaq.
Bineqedi.info saytı xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata əsasən, Bakı və Abşeron ərazisində üç fərqli ünvanda baş tutacaq yarmarkalarda ümumilikdə 40-a yaxın regiondan 100-ə yaxın fermer iştirak edəcək.
Yarmarkalarda fermerlər tərəfindən 60-dan artıq çeşiddə təbii kənd təsərrüfatı və qida məhsulları satışa çıxarılacaq.
“Kənddən şəhərə” yarmarkaları aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək:
– Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı)
– Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı)
– Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A