Binəqədidə bir qrup müəllim, məşqçi və idman mütəxəssi mükafatlandırılıb

0
53

Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Binəqədi Gənclər Evində “5 Oktyabr- Beynəlxalq Müəllimlər Günü” münasibətilə rayonumuzun gənclər siyasəti, ictimai, sosial və mədəni həyatında fərqləndiyinə və idman siyasətinin uğurla həyata keçirilməsi istiqamətindəki fəaliyyətinə, uşaqlarda idmana, bədən tərbiyəsinə marağın formalaşmasında, gənc nəslin sağlam ruhda tərbiyəsində göstərdiyi xidmətlərə görə Binəqədi rayonu üzrə bir qrup müəllimin, məşqçi və idman mütəxəssislərinin mükafatlandırılması mərasimi təşkil olunmuşdur.
Bineqedi.info-ya verilən məlumata görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, müəllimlər, məşqçi və idman mütəxəssisləri iştirak etmişdir.
Tədbir iştirakçılarını salamlayan Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev qarşıdan gələn Beynəlxalq Müəllimlər Günü münasibətilə həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərini təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzuladı. İdarə rəisi Namiq Tarverdiyev Binəqədi rayonunda yeniyetmə və gənclərin sağlamlığının qorunması, kütləvi bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi məqsədilə həyata keçirilən tədbirlərdən danışdı və bu sahədə görülən işlərin daha da artırılmasının vacib olduğunu nəzərə çatdırdı.
Sonra isə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev iştirakçıları salamlayaraq “5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü” münasibətilə təhsil işçilərinin hər birini təbrik etdi və gənc nəslin vətənpərvər və sağlam ruhda böyüməsində müəllimin nə qədər önəmli olduğunu vurğuladı.
Eyni zamanda mərasimdə çıxış edənlər müəllimlik peşəsinin şərəfli peşə olduğu üçün bu adı daşıyanlara həmişə böyük hörmət və ehtiram göstərildiyini qeyd etdilər. Həmçinin onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirib, yaradılan geniş imkanlardan yüksək səviyyədə bəhrələnərək ölkəmizin gələcək inkişafı üçün Azərbaycana layiqli vətəndaşlar yetişdirmək yolunda səylə çalışacaqlarını ifadə etdilər.

Sonda isə “5 Oktyabr – Müəllim günü” münasibəti ilə rayonumuzun gənclər siyasəti, ictimai, sosial və mədəni həyatında fərqləndiyinə və idman siyasətinin uğurla həyata keçirilməsi istiqamətindəki fəaliyyətinə, uşaqlarda idmana, bədən tərbiyəsinə marağın formalaşmasında, gənc nəslin sağlam ruhda tərbiyəsində göstərdiyi xidmətlərə görə bir qrup müəllimi, məşqçi və idman mütəxəssisləri Fəxri fərmanla təltif edildilər.

Qeyd edək ki, mükafatlandırma mərasimi pandemiya dövrünün tələblərinə ciddi şəkildə əməl etməklə, qanunvericiliklə nəzərdə tutulmuş qaydalara uyğun keçirilmişdir.

Bineqedi.info

Əvvəlki məqaləBinəqədi rayonunda “Beynəlxalq Müəllimlər Günü” münasibətilə görüş keçirilib – FOTOLAR
Növbəti məqalədəBinəqədidə avtomobil yolu keçən qadını vurub