Binəqədidə oğurluq edən şəxsin digər cinayət əməlləri də üzə çıxıb

0
60
besinci-polis-bolmesi.

Binəqədi rayonunda oğurluq edən şəxsin digər cinayət əməlləri müəyyənləşib.

Bineqedi.info Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşları oğurluq etdiyinə görə tutulmuş S.Mustafayevin barəsində apardıqları əməliyyat tədbirləri ilə onun daha bir mağazadan 445 manat məbləğində pul və 452 manat dəyərində tütün məmulatı oğurlamasını da müəyyənləşdiriblər.

Faktla bağlı rayon polis idarəsi tərəfindən təhqiqat davam edir.

Bineqedi.info

Əvvəlki məqaləBinəqədi kəndinin tarixi ilə bağlı maraqlı faktlar – VİDEOÇƏKİLİŞ
Növbəti məqalədə“Yeni Azərbaycan Partiyasının yaradılması tariximizin yeni inkişaf mərhələsinin başlanğıcıdır”