Prezident İlham Əliyevin fərmanı ilə məbləği dəyişən müavinət və təqaüdlər – SİYAHI

0
99
pensiya-manat

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Fərmanda dəyişiklik edib.

Dəyişikliyə əsasən bir sıra sahələr üzrə sosial müavinətlər artırılıb. Məbləği dəyişən müavinətlərin adlarını təqdim edirik.

Yaşa görə müavinət 130 manatdan 180 manata qaldırılıb.

Əlillik “ümumi xəstəlik”, “hərbi xidmət dövründə xəstələnmə”, “əmək zədəsi və peşə xəstəliyi”, “hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar”, “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” səbəbindən baş verdikdə əlilliyə görə müavinət:

I dərəcə əlilliyi olan şəxslərə 150 manatdan 220 manata
II dərəcə əlilliyi olan şəxslərə 130 manatdan 180 manata
III dərəcə əlilliyi olan şəxslərə 110 manatdan 120 manata qaldırılıb.

Əlillik “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” və “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar” səbəbindən baş verdikdə:

I dərəcə əlilliyi olan şəxslərə  150 manatdan 220 manata
II dərəcə əlilliyi olan şəxslərə 130 manatdan 180 manata
III dərəcə əlilliyi olan şəxslərə 110 manatdan  120 manata

Əlillik “Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” və ya “hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” səbəbindən baş verdikdə:

I dərəcə əlilliyi olan şəxslərə 150 manatdan 220 manata
II dərəcə əlilliyi olan şəxslərə 130 manatdan 180 manata
III dərəcə əlilliyi olan şəxslərə 110 manatdan 120 manata qaldırılıb.

-Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət 150 manatdan  200 manata

– Ailə başçısını itirməyə görə müavinət 80 manatdan 100 manata

– Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət 100 manatdan 120 manata

– Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət 100 manatdan 120 manata

– Bir yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət 55 manatdan 70 manata qaldırılıb.

Övladlığa götürülən uşağa, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə müavinət:

– övladlığa götürülən uşağa (bu yarımbəndin ikinci abzasında qeyd olunan uşaqlar istisna olmaqla) görə 160 manatdan 200 manata

– övladlığa götürülən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə 480 manatdan 600 manata qaldırılıb.

– Birdəfəlik müavinətlərdə uşağın anadan olmasına görə müavinət 200 manatdan 300 manata 

– dəfn üçün müavinət isə 300 manatdan 350 manata qaldırılıb. 

Eyni zamanda, Prezident İlham Əliyev “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” sərəncama da dəyişikliklər edib.

Həmin sərəncamla artırılan təqaüdlərin məbləği ilə bu linkə daxil olaraq tanış ola bilərsiniz.

Bundan əlavə, əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə verilən Prezident təqaüdünün məbləği 200 manatdan 300 manata və 120 manatdan 200 manata çatdırılıb.

Həmçinin, beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləği hər uşaq üçün 55 manatdan 70 manata qaldırılıb.

I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə verilən 50 manatlıq təqaüdün məbləği 80 manata qaldırılıb.

Fəxri adlara görə aylıq təqaüdün məbləği Xalq yazıçısı, Xalq şairi, Xalq artisti və Xalq rəssamı üçün 150 manatdan 180 manata, Əməkdar elm xadimi, Əməkdar incəsənət xadimi, Əməkdar artist, Əməkdar rəssam, Əməkdar mədəniyyət işçisi, Əməkdar müəllim, Əməkdar həkim, Əməkdar memar, Əməkdar bədən tərbiyəsi və idman xadimi, Əməkdar dövlət qulluqçusu, Əməkdar jurnalist, Əməkdar mühəndis, Əməkdar hüquqşünas, Əməkdar kənd təsərrüfatı işçisi, Əməkdar pilot, Əməkdar tibb işçisi üçün 100 manatdan 120 manata qaldırılıb.

Prezident İlham Əliyev “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli 961 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Sərəncama əsasən, Doktorantura pilləsi üzrə:

elmlər doktoru hazırlığı üzrə doktorantlara verilən təqaüdün məbləği 300 manatdan 360 manatadək, fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara verilən təqaüdün məbləği 180 manatdan 216 manata qədər artırılıb.

Ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında:

adlı təqaüd alan tələbələrə verilən təqaüdün məbləği 170 manatdan 204 manatadək artırılıb.

magistratura səviyyəsi üzrə:

akademik göstəriciləri 91-100 bal olan tələbələrə verilən təqaüdün məbləği 145 manatdan 174 manatadək,

akademik göstəriciləri 71-100 bal olan tələbələrə verilən təqaüdün məbləği 120 manatdan 144 manatadək,

akademik göstəriciləri 51-100 bal olan tələbələrə verilən təqaüdün məbləği 80 manatdan 96 manatdək artırılıb.

bakalavriat səviyyəsi üzrə:

akademik göstəriciləri 91-100 bal olan tələbələrə verilən təqaüdün məbləği 130 manatdan 156 manatdək,

akademik göstəriciləri 71-100 bal olan tələbələrə verilən təqaüdün məbləği 110 manatdan 132 manatadək,

akademik göstəriciləri 51-100 bal olan tələbələrə verilən təqaüdün məbləği 75 manatdan 90 manatadək artırılıb.

orta ixtisas təhsili müəssisələrində:

akademik göstəriciləri 91-100 bal olan tələbələrə verilən təqaüdün məbləği 75 manatdan 90 manatadək,

akademik göstəriciləri 71-100 bal olan tələbələrə verilən təqaüdün məbləği 60 manatdan 72 manatadək,

akademik göstəriciləri 51-100 bal olan tələbələrə verilən təqaüdün məbləği 50 manatdan 60 manatadək artırılıb.

Peşə təhsili müəssisələrində:

akademik göstəriciləri “5” (yüksək texniki peşə təhsili səviyyəsində 91 – 100 bal) olan tələbələrə verilən təqaüdün məbləği 75 manatdan 90 manatadək,

akademik göstəriciləri “4” və “5” (yüksək texniki peşə təhsili səviyyəsində 71 – 100 bal) olan tələbələrə verilən təqaüdün məbləği 60 manatdan 72 manatdək,

akademik göstəriciləri “3” – “5” (yüksək texniki peşə təhsili səviyyəsində 51 – 100 bal) olan tələbələrə verilən təqaüdün məbləği 50 manatdan 60 manatdək artırılıb.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Bu Sərəncam 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

Əvvəlki məqaləHelikopter qəzasının səbəbi açıqlandı – RƏSMİ
Növbəti məqalədəAdına bir neçə telefon nömrəsi olanlar, DİQQƏT!