Bakıda 16 yaşlı qız itkin düşüb.
Hadisə yanvarın 30-u saat 12 radələrində paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.
Belə ki, 2006-cı il təvəllüdlü S. Əlimuradova yaşadığı mənzili tərk edib və bir daha geri qayıtmayıb.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsində araşdırma aparılır.
Mənbə: oxu.az