8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə RİH başçısının qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin və rayon ərazisində fəaliyyət göstərən bələdiyyələrin məsul əməkdaşları Vətən müharibəsi iştirakçılarının və Vətən müharibəsinin yeganə qadın hərbiçi şəhidi Arəstə Baxışovanın ailəsini ziyarət ediblər.
Bineqedi.info saytına verilən məlumata görə, şəhidlərimizin anaları göstərilən xüsusi diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.
Allah Şəhidlərimizə rəhmət eləsin!
Bineqedi.info












