Koronavirusdan sonra bu göz xəstəlikləri yaranır

0
38128
qrip-koronavirus-xeste

“Aparılan araşdırmalar göstərdi ki, COVID-19 virusu gözlərdə konyuktivitin yaranmasına səbəb ola bilər”.

Bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Tural Qəlbinur bildirib.

O qeyd edib ki, bu zaman gözlərdə qızarıqlıq, ağrı, göynəmə, yanma və yaş axma kimi əlamətlər meydana çıxır:

“Həmçinin şəkərli diabet, hipertenziya və başqa xroniki xəstəlikləri olan insanlarda koronavirus qanın laxtalanma sistemini pozduğundan retinada qanama və başqa əlamətlər meydana çıxa bilər. Əgər xəstələrdə görmənin ani zəifləməsi baş verərsə, dərhal oftalmoloqa müraciət etməlidirlər”.

Əvvəlki məqaləPaşinyan Rusiyaya səfər edəcək
Növbəti məqalədəBinəqədidə “Qadın hüquqlarının müdafiəsi” adlı layihə həyata keçirilib – FOTOLAR