Çərşənbə, İyul 2, 2025
Ev Manşet

Binəqədidə şəhidlərin adlarının əbədiləşdirilməsi, tanıdılması məqsədilə turnir – FOTOLAR

0
105
bineqedi-rayon-gencler-idman-idaresi
Binəqədi Rayon İcra Hakimiyyətinin, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsin dəstəyi, Qarabağ Əlilləri və Veteranları İctimai Birliyinin təşkilatçılığı ilə Binəqədi Gənclər Evində Vətən müharibəsi şəhidlərinin adlarının əbədiləşdirilməsi, iştirakçılarının tanıdılması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində tədbirlərin təşkili layihəsi çərçivəsində şahmat turniri keçirilib.
Bineqedi.info saytına verilən Şahmat turnirinin nəticəsinə əsasən 1-ci yeri Gülalıyev Ramal, 2-ci yeri Rzayeva Finarə, 3-cü yeri Həsənli Ömər tutub.
Qaliblərin mükafatlandırılması mərasimində Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Günel Həsənova, Qarabağ Əlilləri və Veteranları İctimai Birliyin sədri Növrəstə Yusifova və yarışın baş hakimi Ramil İmanov iştirak etmişdir.
Bir 3 kişi ve ayakta duran insanlar görseli olabilir
Əvvəlki məqaləPrezident: “Biz müharibəni ləyaqətlə aparmışıq, mülki əhaliyə qarşı vuruşmamışıq”
Növbəti məqalədəBinəqədidə yeni mənzillə təmin olunmuş şəhid ailəsi ziyarət edilib