Binəqədidə avtomobillər toqquşub, ölən var

0
77
bineqedi qeza

Novxanıda avtomobillər toqquşub, ölən var.

Bineqedi.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin 2-də saat 14 radələrində Binəqədi rayonu Novxanı qəsəbəsi ərazisində Sumqayıt şəhər sakinləri – A.Mirzəyevin idarə etdiyi “Hyundai” və Səbuhi Seyidovun idarə etdiyi “Opel” markalı avtomobillər toqquşub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş S.Seyidov ölüb.

Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Bineqedi.info

Əvvəlki məqaləUşaqlar arasında epidemiya şəklində yeni virus yayılıb – RƏSMİ
Növbəti məqalədəBu gün Brüsseldə Əliyev-Paşinyan görüşü olacaq