Binəqədi rayon Gənclər və İdman İdarəsinin və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsin birgə təşkilatçılığı ilə “Fəxri qonaq” layihəmiz davam edir.
Bineqedi.info saytına verilən məlumata görə, Binəqədi Gənclər Evində keçirilən layihənin növbəti görüşü “Zəngin milli irsimiz” mövzusunda əməkdar incəsənət xadimi, rəssam-modelyer Fəxriyyə xanım Xələfova ilə olub.
Tədbirdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Günel Həsənova və gənclər iştirak edib.
Məlumat üçün bildiririk ki, Fəxriyyə xanım “EKSPO-2000” Ümumdünya sərgisində və bir sıra beynəlxalq moda müsabiqələrində münsiflər heyətinin üzvü və sədri olub. O, beynəlxalq müsabiqələrdə diplom və mükafatlara layiq görülüb. “Sirr” və “Nuray” kolleksiyalarının yaradıcısıdır.
Görüşdə Fəxriyyə xanım Xələfova layihə rəhbəri və tədbirin moderatoru Fərəh Quliyeva tərəfindən ünvanlanan suallar ətrafında, müasir dəb, moda kolleksiyaları, uğurların sirri, azərbaycan qadının geyim üslubu, milli geyimlərimiz və milli simvollarımızın geyimlərimizdə əksi barədə maraqlı müzakirələr aparmış və gənclərin suallarını cavablandırıb.
Sonda xatirə şəkilləri çəkilib.
Bineqedi.info







