Binəqədidə ağacları zədələyən şəxs cəzalandırıldı

0
51
bineqedi-birinci-meden

Binəqədi rayonu, Mir Cəlal küçəsi 325 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

Xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı ərazidə qeyri-yaşayış obyektinin tikintisi zamanı 3 ağacın zədələndiyi müəyyən edilib. Faktla bağlı obyektin sahibi İlham Əzizov barəsində qanunamüvafiq tədbir görülüb.

Tikinti ətrafında olan ağaclar sayılaraq qeydiyyata alınıb və qorunub saxlanılması məqsədilə mülkiyyətçiyə təhvil verilib.

Xidmət rəsmisi yaşıllıqlara qayğı ilə yanaşan, sayıqlıq göstərərək Xidmətə məlumat verən ictimaiyyət və media nümayəndələrinə təşəkkürünü bildirib.“Qafqazinfo

Əvvəlki məqalə“Ermənistan XİN rəhbəri ilə danışıqlarda müəyyən nəticələr əldə olunub”
Növbəti məqalədəBinəqədidə Çernobıl faciəsinin 36-cı ildönümü ilə bağlı tədbir keçirilib – FOTOLAR