Prezident: “Qarabağdakı ermənilərdən müsbət ismarışlar alırıq”

0
67
prezident-ilham-eliyev

“Artıq Qarabağdakı ermənilərdən çox müsbət ismarıclar alırıq”.

Bunu Prezident İlham Əliyev “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans iştirakçıları ilə görüşdə bildirib.

“Biz Qarabağda yaşayan erməniləri öz vətəndaşımız hesab edirik. Ümidvarıq ki, onlar da tezliklə Azərbaycan vətəndaşı olaraq bütün hüquq və azadlıqlara malik olacaqlarını, təhlükəsizliklərinin zəmanət altında olacağını dərk edəcəklər. Ermənistandan fərqli olaraq Azərbaycan çoxmillətli ölkədir, burada yaşayan bütün etnik qruplar, o cümlədən etnik ermənilər sülh və ləyaqət içində yaşayırlar. Burada erməni etnik azlığı var və onların heç bir problemi yoxdur”,- dövlət başçısı deyib.

“Rusiya sülhməramlıları ilə Azərbaycan hərbçiləri arasında yaxşı səviyyədə qarşılıqlı əlaqə qurulub.

“Bir il yarımdır ki, Rusiya sülhməramlılarının nəzarətində olan ərazidə vəziyyət ümumilikdə sabitdir. Əvvəllər sərhəddə cüzi gərginlik olub, indi orada da durum sabitdir”, – dövlət başçısı bildirib.

Prezidentin sözlərinə görə, tunelin tikintisi zamanı Rusiya sülhməramlıları yüklərin Kəlbəcərə çatdırılması üçün mühüm nəqliyyat imkanları yaradır.

Əvvəlki məqaləBinəqədi Rayon İcra Hakimiyyəti tərəfindən Heydər məscidində iftar süfrəsi təşkil edilib – FOTOLAR
Növbəti məqalədəAzərbaycanda bayram namazı qılındı