Binəqədidə tanışı orta yaşlı kişini bıçaqlayıb

0
61
bineqedi-tecili-yardim-qeza-bicaqlanma

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bineqedi.info saytı APA-ya istinadən xəbər verir ki, hadisə Binəqədi şossesi 53 ünvanında Bakı Poladtökmə Zavodunun qarşısında qeydə alınıb.

1979-cu il təvəllüdlü T. C. Dursunəli oğlu tanışı ilə əlbəyaxa dava zamanı bıçaqlanıb. O, qarın boşluğunun sol tərəfinin kəsilmiş-deşilmiş yarası xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağll Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Bineqedi.info

Əvvəlki məqaləBinəqədi rayonu M. Ə. Rəsulzadə qəsəbəsində şəhid jurnalistin xatirə lövhəsinin açılışı olub – FOTOLAR
Növbəti məqalədəBinəqədidə Vətən müharibəsi iştirakçısı ilə gənclərin görüşü keçiriləcək – ELAN