Əziz Gənclər!
Bildiyiniz kimi, 10 May müasir Azərbaycanın qurucusu və memarı Heydər Əliyevin doğum günüdür!
Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Videomüsabiqə” keçiriləcək.
Müsabiqədə iştirak üçün:
Ümummilli Lider Heydər Əliyevin 99 illiyinə həsr olunmuş video-çarx hazırlamaq lazımdır.
Hazırlanan videoçarxlar 09 May, 18:00-a kimi pr@binaqadige.az ünvanına və ya 0559741254 nömrəsinə göndərmək lazımdır.
Ən yaxşı videoçarx Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Binəqədi Gənclər Evinin Instagram və Facebook səhifələrində paylaşılacaq və qalib mükafatlandırılacaq!
Müsabiqənin bitmə tarixi: 09 may
Saat: 18:00
