Binəqədi Gənclər Evinin növbəti qonağı dünya çempionu Aynur Məmmədova olacaq

0
123
bineqedi-gencler-evi
Binəqədi rayon Gənclər və İdman İdarəsinin və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə “Fəxri qonaq” layihəsi davam edir!
Bineqedi.info saytına verilən məlumata görə, layihə çərçivəsində 25 may 2022-ci il tarixdə Binəqədi Gənclər Evində keçiriləcək növbəti görüşün qonağı “İdman əngəl tanımır!” mövzusunda Azərbaycan paralimpiyalı taekvandoçu Aynur Məmmədova olacaq.
A. Məmmədova taekvondo üzrə 3 qat dünya və 4 qat Avropa çempionu, Azərbaycan Respublikasının əməkdar idman ustası və ictimai-siyasi xadim, Paratekvando üzrə Azərbaycan Milli Yığmasının üzvü, Prezident Mükafatçısı, “Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiyası” ictimai birliyinin sədridir.
Tarix: 25 may
🕐Saat: 15:00
📌Məkan: Binəqədi Gənclər Evi
Bir 1 kişi görseli olabilir
Əvvəlki məqaləƏsgərlikdə ola-ola Bakıda avtoşluq etdi – Müdafiə Nazirliyindən açıqlama
Növbəti məqalədəZəngəzur dəhlizi reallaşır: 1 trilyonluq iqtisadiyyatları birləşdirəcək