Binəqədi Gənclər Evinin qonağı onlar olacaqlar – ELAN

0
118
haci-eliyev-rafael-agayev
Binəqədi rayon Gənclər və İdman İdarəsinin və Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə “Fəxri qonaq” layihəsi davam edir!
Bineqedi.info saytına verilən məlumata görə, 8 iyun, 2022-ci il tarixdə Binəqədi Gənclər Evində keçiriləcək olan layihənin növbəti görüşü “Eyni hədəfə doğru” mövzusunda Dünya və Avropa çempionları, sərbəst güləş üzrə Azərbaycan yığmasının üzvü Həci Əliyev və Azərbaycanın karate üzrə Olimpiya mükafatçısı, beş qat dünya çempionu Rafael Ağayev ilə olacaq.
Qeyd edək ki, Həci Əliyev 2010-cu ildən Azərbaycan yığmasında çıxış edir. O, 2014-cü ildə Daşkənddə, 2015-ci ildə Las-Veqasda, 2017-ci ildə isə Parisdə baş tutan Dünya Çempionatının qalibi olub. 2014-cü ilin Avropa çempionu olan Hacı Əliyev 2015-ci ildə I Avropa Oyunlarının və 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarının bürünc medalçısı olub.
Rafael Ağayev isə 5 dəfə Dünya, 11dəfə Avropa çempionu olub.
Tarix: 08 iyun
Saat: 15:00
Məkan: Binəqədi Gənclər Evi
Bineqedi.info
Əvvəlki məqaləBakıda “Formula-1″ə görə bağlanan küçələr açıqlandı – SİYAHI
Növbəti məqalədəBinəqədidə ögey ananı öldürüb gölə atıblar – Ərlə arvadın cinayəti