Binəqədi rayonunda avtomobil şadlıq sarayının qarşısındakı 5 maşına çırpıldı – FOTOLAR

0
270
bineqedi-sadliq-sarayi-qeza.png

Bakının Binəqədi rayonunda 5 avtomobil qəzaya uğrayıb.

Bineqedi.info saytı xəbər verir ki, hadisə Şövkət Məmmədova küçəsində baş verib.

“Mercedes” avtomobilin sürücüsünün bildirdiyinə görə, onun idarə etdiyi maşını “Hyundai” markalı nəqliyyat vasitəsinə çırpılıb.

Hadisəni törədən “Hyundai”ın sürücüsü hadisə yerindən uzaqlaşıb.

Nəticədə “Mercedes” şadlıq sarayında olan insanlara məxsus “Lexus”, “Hyundai” və “Mercedes” markalı maşınlara çırpılıb.

Qəza nəticəsində xəsarət alan olmayıb.

Əraziyə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Hazırda hadisəyə səbəb olan “Hyundai”ın sürücüsü axtarışdadır.

Bakının Binəqədi rayonunda daha bir yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.

Məmməd Səid Ordubadi küçəsində Elnur İslamzadə idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olan zaman qəfil qarşısına piyada çıxıb. O, qəfil manevr edərkən əks yolda olan “Ford” markalı maşınla toqquşub. Qəza nəticəsində “Ford”da olan bir nəfər xəsarət alıb.

Əraziyə Binəqədi Rayon Polis İdarəsi və Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub. Sürücülərin izahatı alınıb.

Qəza ilə bağlı avtotexniki ekspertiza təyin edilib.

Əvvəlki məqaləPensiya yaşı tamam olan şəxslərin NƏZƏRİNƏ – Nazirdən AÇIQLAMA
Növbəti məqalədəBinəqədi Rayon Polis İdarəsində Polis Günü münasibətilə tədbir keçirildi – FOTOLAR