Binəqədidə kafe müdirini öldürənin cinayət işi – Məhkəməyə göndərilib

0
58
deleduz-mehkeme-ogurluq-cinayet

Bakının Binəqədi rayonunda kafedə qətl törətməkdə təqsirləndirilən Əmrah Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Bineqedi.info reporta istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

toy-dava-qetl-yas-olum-dem-qazi-zeherlenme

Hakim Azər Paşayevin icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə paytaxtın Binəqədi rayonunda, 9 saylı yataqxananın qarşısındakı kafedə baş verib.

Həmin kafenin icarədarı, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Danzik kəndində anadan olmuş, 1972-ci il təvəllüdlü Sadıqov Zahid Yaqub oğlunun üzərində xəsarətlər olan meyiti kafedə aşkar edilib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda cinayət işi başlanıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qətl hadisəsini törətməkdə şübhəli bilinən 1998-ci il təvəllüdlü Hüseynov Əmrah Xəyal oğlu tutularaq istintaqa cəlb edilib.

Məlumata görə, Ə. Hüseynov hadisədən əvvəl kafedə Z.Sadıqovla yemək yeyib və spirtli içki qəbul edib. Sərxoş vəziyyətdə olan tanışlar arasında mübahisə yaranıb və nəticədə Ə.Hüseynov kafenin icarədarını qətlə yetirib.

Ona Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham verilib.

Əvvəlki məqaləBinəqədidə “açıq qapı” formatında növbəti görüş – Fotolar
Növbəti məqalədəRamiz Göyüşov yazır: “Məhəbbətdən yaranmış əsər”