“Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində Binəqədi rayon Gənclər və İdman İdarəsinin və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə 20 iyul – Beynəlxalq Şahmat Günü və beynəlxalq qrossmeyster Vüqar Həşimovun əziz xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib.
Bineqedi.info saytına verilən məlumata görə, şahmat turniri olimpiya sistemi üzrə keçirilib.
Turnirdə hakimlik vəzifəsini Ramil İmanov yerinə yetirib.
Sonda qaliblərə Binəqədi rayon Gənclər və İdman İdarəsinin və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin diplomları təqdim olunub.
Bineqedi.info












