Sakinlərin RİH başçısının səyyar qəbulunda səsləndirdikləri daha bir məsələ həll olundu

0
81
bineqedi-elxan-allahverdiyev.png

Binəqədi rayonunda mütəmadi təmizlik, abadlaşdırma, təmir və bərpa işləri davam edir, həmçinin Rayon İcra Hakimiyyəti başçısının sakinlər ilə keçirilən səyyar görüşlər zamanı vətəndaşların qeyd etdiyi və onları narahat edən problemlərin operativ şəkildə həll edilməsi üçün tədbirlər davam edir.

Bineqedi.info saytı xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Biləcəri qəsəbəsində keçirdiyi səyyar görüşdə qaldırılan daha bir məsələ – Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsi, 301 saylı məktəbin qarşısında küçənin dağılmış hissəsinin asfalt örtüyü RİH başçısının Biləcəri Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin təşəbbüsü və təşkilatçılığı, Biləcəri Bələdiyyəsinin köməkliyi ilə bərpa olunub.

Bundan başqa, Biləcəri QİƏD üzrə nümayəndəliyin təşəbbüsü ilə Biləcəri Bələdiyyəsi tərəfindən qəsəbənin Ordubadi kuçəsində yol kənarındakı 3.7 km-lik hasarın daha 445 metr sahəsi hasar təmir edilib.

Bineqedi.info

Əvvəlki məqalə“Azərbaycanın qərb hissəsi ilə Naxçıvan arasında əlaqəni təmin etməyə hazırıq”
Növbəti məqalədəQMİ-nin Qazilər Şurasının üzvü: “Londondakı səfirliyimizə hücum dinə və əqidəyə yaraşan hadisə deyil”