Həkim kimi həkim, insan kimi insan…

0
32477
melikov-adina-bineqedi-tibb-merkezi-esedulla-sultanov

Azərbaycanda səhiyyə sahəsində aparılan islahatlar uğurla davam edir. Son illər ölkəmizdə səhiyyə sahəsi yeni inkişaf mərhələsini yaşayır. Ən müasir tələblərə cavab verən səhiyyə infrastrukturunun yaradılması, mövcud tibb ocaqlarının yenidən qurulması geniş vüsət alıb. Bütün bu işlərlə yanaşı, kadr islahatları da aparılır və strukturun təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində əhalinin sağlamlığının qorunmasında və tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasında mühüm uğurlar əldə olunur.

Proses Ə. D. Məlikov adına Binəqədi Tibb Mərkəzindən də yan keçməyib. Hazırda Ə. D. Məlikov adına Binəqədi Tibb Mərkəzinə Sultanov Əsədulla Paşa oğlu rəhbərlik edir. Fəlsəfə elmləri doktoru Əsədulla Sultanovun rəhbərliyi altında həyata keçirilən işlər, vətəndaşlara göstərilən diqqət bura müraciət edən hər bir kəsin ürəyincədir.

Bugünlərdə yolum Binəqədi Tibb Mərkəzindən düşmüşdü və burada gördüklərimə biganə qala bilmədim. Əvvəlcə onu qeyd edim ki, yaşım az deyil və bu illər ərzində həm Azərbaycanın, həm də dünyanın bir çox ölkələrinin səhiyyə ocaqlarında olmuşam. Ürəyimcə olan məqamlar da olub, məni narahat edən məqamlar da. Bir ziyalı kimi, ictimai fəal kimi heç birinə biganə qalmamağa çalışmışam…

Könül rahatlığı ilə, böyük məmnuniyyətlə qeyd edirəm ki, Əsədulla Sultanov Ə. D. Məlikov adına Binəqədi Tibb Mərkəzinə baş direktor təyin olunduqdan sonra burada çox şey dəyişib. Əsədulla Sultanov insana o qədər səmimi, diqqətli davranır ki, onun müalicəsindən şəfa tapmamaq mümkün deyil. Bu xoş münasibət, bu diqqət sözsüz ki, rəhbərlik etdiyi Tibb Mərkəzinin digər əməkdaşları üçün də stimuldur, göstəricidir. Həqiqətən də Əsədulla Sultanov həkim kimi əsl həkim, insan kimi əsl insandır…

Cənab Prezidentimiz İlham Əliyev az qala hər çıxışında qeyd edir ki, hər bir vəzifəli şəxs öz işinə məsuliyyətli olmalı, ona göstərilən etimadı doğrultmalıdır. Bəli, Əsədulla müəllim təkcə qanunla üzərinə düşənləri yerinə yetirmir, həm də bir insan kimi öz üzərinə düşənləri layiqincə yerinə yetirir. Təki hər sahədə, hər işdə Əsədulla müəllim kimi savadlı, vətənpərvər, işinin peşəkarı və İNSAN adamların sayı daha da artaydı. Əmin olun ki, o zaman hər bir sahədə inkişaf prosesi daha tez, daha genişmiqyaslı olardı.

Bizə, o cümlədən Ə. D. Məlikov adına Binəqədi Tibb Mərkəzinin tibbi xidmətlərindən yararlanan hər bir şəxsə göstərilən diqqətə görə təşəkkür edirik, Əsədulla həkim. Vətəndaşların sağlamlığının qorunması istiqamətində atdığınız hər bir addımda uğur sizinlə olsun.

Hikmət Həsənov, Bineqedi.com və Bineqedi.info saytlarının baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Binəqədi rayonunun ictimai fəalı

Əvvəlki məqaləSertifikasiyadan sonra müəllim, direktor və müavinləri maaşdan əlavə bu qədər vəsait alacaq – CƏDVƏL
Növbəti məqalədəBakı İrəvana hansı YENİ TƏLƏBLƏRi irəli sürməyə hazırlaşır? – Bu dəfə Ermənistana qaçış yoxdur