Binəqədidə 2 qardaşı öldürməyə cəhddə təqsirləndirilən şəxsə hökm oxunub

0
78
deleduz-mehkeme-ogurluq-cinayet

Bakının Binəqədi rayonunda 2 nəfəri öldürməyə cəhddə təqsirləndirilən R. Məmmədova hökm oxunub və o, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bineqedi.com saytı xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Qeyd edək ki, hadisə ötən ilin dekabrında paytaxtın Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 2004-cü il təvəllüdlü R. Məmmədov münaqişə zəminində Ş. Soltanov və onun qardaşı B. Soltanovu bıçaqlayıb.

R.Məmmədova qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (Qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Bineqedi.com

Əvvəlki məqaləNazirlərin qəbul tarixləri açıqlandı – Cədvəl
Növbəti məqalədəİrəvanın Zəngəzur kələyi – Bakının budəfəki cəzası daha ağır olacaq