Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarından uğurlu əməliyyat

0
57
bineqedi-rayon-polis-idaresi

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəbrayıl rayon sakini A.Xanəliyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bineqedi.com-a bildiriblər ki, onun üzərinə və avtomobilinə baxış zamanı 1 kiloqramdan artıq heroin, 166 qram metamfetamin və 300 qrama yaxın marixuana aşkar olunaraq götürülüb.

Davam etdirilən tədbirlər nəticəsində A.Xanəliyevin avtomobilində olan sərnişini Bakı şəhər sakini R.Davudovun üzərindən də heroin və metamfetamin aşkarlanaraq götürülüb.

Bineqedi.com

Əvvəlki məqaləBu ölkələr Bakı və İrəvan arasında sülhü ƏNGƏLLƏYİR
Növbəti məqalədəNail Kəmərlinin maşınına hücum edən şəxs Binəqədi sakini imiş