Narkomaniya ilə mübarizədə rayon icra hakimiyyətlərinin rolu müzakirə olunub – FOTOLAR

0
58
bineqedi-narkomaniya-tedbir1
“Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində Binəqədi Rayon İcra Hakimiyyətinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun birgə təşkilatçılığı ilə “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə rayon icra hakimiyyətlərinin rolu” mövzusunda tədbir keçirilib.
Bineqedi.com saytına verilən məlumata görə, tədbirdə Binəqədi RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev və baş məsləhətçisi İlqar Pənahov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun Milli İnformasiya sektorunun müdiri Raqif Allahverdiyev, Binəqədi Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin rəisi Nurlan Axundzadə, Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Günel Həsənova, Binəqədi Bələdiyyəsinin sədri Mürsəl Eminov, Binəqədi RİHB-nın 1 nömrəli SİƏD üzrə nümayəndəsinin müavini Zakir Əliyev, 143 nömrəli tam orta məktəbin direktoru Elmar Həşimov, 25 saylı şəhər poliklinikasının baş həkimi Xatirə Xəlilova, “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin rayon şöbəsinin sədri İlham Qayıbzadə, “Şəhid Anaları” Xeyriyyə Mərkəzinin rayon şöbəsinin sədri Yetər Aboyeva iştirak edib.
Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev narkomaniyanın müasir dövrdə bütün bəşəriyyəti narahat edən ən ciddi sosial bəlalardan biri olduğunu bildirib: “Narkomanlığa qarşı sərt mübarizə aparan ölkələrdən biri də Azərbaycandır. Ölkəmizdə bu istiqamətdə atılan qətiyyətli addımlar nəticəsində son illərdə mühüm uğurlar əldə olunmuşdur. Bu mübarizədə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 saylı Sərəncamı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın müvəffəqiyyətlə icra olunması bu sahədə uğurlu nəticələrin əldə edilməsində müstəsna əhəmiyyət kəsb etməkdədir. Komissiya ilə əməkdaşlıq sahəsində rayon ərazisində fəaliyyət göstərən orta, orta ixtisas, ali məktəblərdə əsrin bəlası olan narkomaniyasının mənfi fəsadları haqqında genişmiqyaslı maarifləndirici tədbirlər həyata keçirilir”.
Tədbirdə növbəti çıxış edən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun Milli İnformasiya sektorunun müdiri Raqif Allahverdiyev narkotik vasitələrin insan orqanizminə göstərdiyi mənfi təsirlər və gələcəkdə sağlamlığa törədəcəyi ağır fəsadlar barədə danışıb, yeniyetmə və gəncləri bu zərərli vərdişlərdən uzaq durmağa çağıraraq problemin həllində əsas addımlardan birinin təbliğat və maarifləndirmə işini genişləndirmək olduğunu vurğulayaraq, narkotik maddələrin qəbul edilməsi ilə insanın fiziki, mənəvi və psixoloji cəhətdən məhv olduğunu, narkomaniaya qarşı aparılan birgə kompleks tədbirlərin artırılmasını bildirib.
Tədbir çərçivəsində Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” paylanıldı və tədbir iştirakçılarını maraqlandıran suallar təşkilatçılar tərəfindən ətraflı cavablandırılmaqla müzakirə formatında davam etdirilib.
Bineqedi.com
Bir 5 nəfər və oturan insanlar şəkili ola bilərBir 3 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar, içəridə və bunu deyən yazı "POLIS" şəkili ola bilərBir 2 nəfər, oturan insanlar və içəridə şəkili ola bilərBir 3 nəfər, oturan insanlar və ayaqüstə duran insanlar şəkili ola bilərBir 5 nəfər, oturan insanlar və içəridə şəkili ola bilər
Bir 1 nəfər şəkili ola bilərBir 1 nəfər şəkili ola bilərBir 4 nəfər, oturan insanlar, kostyum və içəridə şəkili ola bilərBir 8 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 5 nəfər və oturan insanlar şəkili ola bilər
Əvvəlki məqaləBrüssel QƏRARLIDIR – İrəvanın geriyə dönüşü yoxdur: Bakı istəyinə çatır
Növbəti məqalədəYol polisi sizi istədiyi vaxt saxlaya bilərmi?