Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Binəqədi rayon təşkilatının üzvü Sevinc Süleymanovanın doğum günü münasibətilə görüş keçirilib.
Bineqedi.com saytı xəbər verir ki, görüşdə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov ölkəmizdə həyata keçirilən uğurlu gender siyasəti və qadınların müxtəlif sahələrdə fəal təmsilçiliyindən bəhs edib.
Bildirib ki, bu gün Azərbaycanda qadınlar kişilərlə bərabər dövlətimizin inkişafı, xalqımızın rifahı naminə əzmlə çalışır.
Bu mənada, Sevinc Süleymanova müxtəlif dövlət qurumlarında məsul vəzifələrdə çalışması ilə həmin sahələrin inkişafına, vətəndaş məmnunluğunun təmin edilməsinə öz töhfəsini verib.
Vüsar İsmayılov səbəbkarın Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının ictimai-siyasi fəaliyyətində də yaxından iştirak etdiyini və hər zaman fəal, nümunəvi üzvlərdən biri olduğunu diqqətə çatdırdı. Çıxışının sonunda onu təbrik edərək, ən xoş arzularını çatdırıb.
Görüşdə Sevinc Süleymanova göstərilən diqqətə görə partiya rəhbərliyinə təşəkkürünü bildirib. Bu diqqətin gələcək fəaliyyəti üçün stimul olduğunu qeyd edib.
O, Yeni Azərbaycan Partiyası sıralarında təmsil olunaraq ümummilli lider Heydər Əliyev ideyalarının, eləcə də dövlət başçısı İlham Əliyevin siyasətinin təbliğ edilməsində iştirak etdiyi üçün əvəzsiz fəxr duyduğunu vurğulayıb.
Daha sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Nicat Allahverdiyev, YAP Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva və rayon təşkilatının əməkdaşları çıxış edərək partiya fəalı ilə bağlı fikirlərini bölüşüblər, təbrik edərək arzularını çatdırıblar.
Görüşdə Sevinc Süleymanovaya xatirəsi hədiyyəsi və gül dəstəsi təqdim edilib. Sonda xatirə fotosu çəkdirilib.
Bineqedi.com