Binəqədidə xidmətdə fərqlənən prokurorluq əməkdaşlarına Fəxri Fərmanlar təqdim olundu – FOTOLAR

0
107
bineqedi-prokurorluq-orqanlari.png
Prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən xidmətdə fərqlənən bir qrup prokurorluq orqanının əməkdaşına Fəxri Fərman təqdim olunub.
Bineqedi.com saytı xəbər verir ki, təqdimatda çıxış edən RİH başçısı Aparatının hüquq şöbəsinin müdiri Yunis Hüseynov prokurorluq işçilərini peşə bayramı münasibəti ilə təbrik edib, işlərində uğurlar arzulayıb. Həmçinin Y. Hüseynov 12-13 sentyabr tarixindən başlayaraq dövlət sərhədində ermənilərin törətdiyi təxribatlardan, erməni vandalizminə beynəlxalq müstəvidə hüquqi qiymət verilməsindən də danışıb.
Qeyd edib ki, ulu öndər Heydər Əliyevin hər il oktyabr ayının 1-nin Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd edilməsinə dair imzaladığı 17 iyul 1998-ci il tarixli Sərəncamı bu əlamətdar tarixi əbədiləşdirməklə, reallığı bərpa etmiş və prokurorluğun demokratik və hüquqi cəmiyyətdə statusu məsələsinə dövlət səviyyəsində münasibət bildirmişdir. Azərbaycan Respublikası Prokurorluğu orqanlarının bu gün dünya standartlarına uyğun fəaliyyəti qanunçuluq, hər kəsin qanun qarşısında hüquq bərabərliyi, insan və vətəndaş hüquqlarının təmin olunması prinsiplərinə əsaslanan, demokratik cəmiyyətdə özünəməxsus yer tutan orqan kimi formalaşması və prokurorluq orqanlarının konstitusion statusa malik olmaqla dövlət idarəetməsində mühüm əhəmiyyət daşıması yalnız ulu öndər Heydər Əliyevin rəhbərliyi altında başlanan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən məhkəmə-hüquq islahatları və hərtərəfli dövlət dəstəyi nəticəsində mümkün olub.
Bineqedi.com
May be an image of 3 people, people standing and suitMay be an image of 3 people, people standing, flower and indoorMay be an image of 2 people and people standingMay be an image of 3 people and people standingMay be an image of 3 people, people standing and suitMay be an image of 3 people and people standingMay be an image of 3 people and people standingMay be an image of 3 people and people standingMay be an image of 3 people and people standing
Əvvəlki məqaləBu tələbələrə Prezident təqaüdü veriləcək – SİYAHI
Növbəti məqalədəDİN-dən məktəbdə “konfet narkotik” paylanması iddiaları barədə AÇIQLAMA