DİN-dən məktəbdə “konfet narkotik” paylanması iddiaları barədə AÇIQLAMA

0
65
din-daxili-isler-nazirliyi

Məktəblərdən birində şagirdlərə guya konfetə bükülmüş formada narkotik vasitələrin paylanıldığı barədə sosial şəbəkələrdə yayılan görüntülər polis əməkdaşları tərəfindən dərhal nəzarətə götürülüb.

Bineqedi.com saytı xəbər verir ki, Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, aparılmış araşdırmalar zamanı qeyd edilən görüntünün Xətai rayonundakı məktəblərin birində təhsil alan 12 yaşlı şagird tərəfindən çəkildiyi müəyyən edilib.

DİN-dən məktəbdə paylanan

Rəsmi məlumata görə, həmin şagird valideyninin iştirakı ilə aparılan profilaktiki söhbətə cəlb olunub:

“O, konfetin üzərinə müxtəlif ədviyyatlar qataraq qeyd edilən fotonu çəkdiyini bildirib. Daha sonra guya “narkotik”in məktəbin ətafında tanmadığı şəxs tərəfindən ona verildiyi barədə yalançı təəssürat yaradaraq həmin məlumatı sosial şəbəkələrdə məhşurlaşmaq üçün yayıb”.

DİN valideynlərdən sosial şəbəkələrdə və “Whatsapp” qruplarında özündə heç bir reallığı əks etdirməyən həmin məsələ barədə olan səs yazılarına etibar etməməyi və yaymamağı xahiş edirik.

Bineqedi.com

Əvvəlki məqaləBinəqədidə xidmətdə fərqlənən prokurorluq əməkdaşlarına Fəxri Fərmanlar təqdim olundu – FOTOLAR
Növbəti məqalədəTofiq Zülfüqarov: “Ermənistan 1990-cı illərdə əsir və girov götürdüyü azərbaycanlıları edam edib” – FOTO