Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkə istifadəçilərinə müraciət edib.
Bineqedi.com saytı bu barədə DİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir.
Müraciətdə deyilir:
“Profilimə kim baxdı”, “gizli hesabları görmə” kimi vədlər verən proqramlardan istifadə etməyin, naməlum linklərə daxil olmayın, istifadəçi adı və şifrə tələb olunan bu tip tətbiqlərə məlumatlarınızı əlavə etməyin.
Bu tətbiqlərdən istifadə etməyiniz profillərinizin oğurlanması ilə nəticələnə bilər!”
Qeyd edək ki, son günlər sosial şəbəkələrdə “probilimə kim baxdı” kimi vədlər verən proqramlarla bağlı məlumatlar paylaşılır.
Vətəndaşların belə proqramlara marağının yüksək olduğunu demək olar.
Bu isə kibercinayətkarların diqqətini cəlb edir və yəqin ki, fürsəti dəyərləndirmək istəyirlər. Odur ki, nazirliyin bu müraciətinə hər bir vətəndaş maksimum əməl etməlidir.
Bineqedi.com