Binəqədidə şəhid əsgər Rəşad Rövşən oğlu Ağayevin anım mərasimi keçirilib – FOTOLAR

0
93
bineqedi-sehid-bileceri-anim.png
Şəhid əsgər Rəşad Rövşən oğlu Ağayevin Biləcəri qəsəbəsində yerləşən Şəhidlər Xiyabanı Kompleksində şəhadətinin ikinci ildönümü münasibətilə anım mərasimi keçirilib.
Bineqedi.com saytı xəbər verir ki, anım mərasimində şəhidlərimizin yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, xüsusi xidmət orqanlarının, icra nümayəndəliyinin, bələdiyyənin, Rayon Gənclər və İdman İdarəsinin, Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsinin rəhbərləri, və rayon ictimaiyyəti iştirak edirdilər.
Mərasimdə şəhidlərimizin ruhuna dualar oxundu, məzarı üzərinə əklil və tər güllər düzüldü.
Mərasimdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev Vətən müharibəsində qəhrəmancasına döyüşərək, Azərbaycan bayrağını işğaldan azad olunan torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizi, bütün şəhidlərimizi dərin ehtiramla yad edərək müqəddəs torpaqlarımız uğrunda haqq savaşında canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsinin qəlbimizdə əbədi yaşayacağndan, şəhid ailələrinə, qazilərimizə böyük ehtiramımızdan söhbət açdı. Vətən müharibəsində qazanılan Şanlı Qələbəmizin əsrlər boyu xalqımızın ən böyük vətənpərvərlik tarixi, Şanlı qəhrəmanlıq salnaməsi olacağından bəhs etdi.
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov şəhidimizin şərəfli ömür və döyüş yolundan, ərazi bötüvlüyümüz uğrunda gedən döyüşlərdə göstərdikləri şücaətdən, eləcə də Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbəsindən danışdı.
Bineqedi.com
Bir 11 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 8 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 9 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 9 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilər
Əvvəlki məqaləBinəqədi rayonunda avtomobil yollarının yenidən qurulması vəsait ayrılıb – SƏRƏNCAM
Növbəti məqalədəRusiya mediası Paşinyanı və Qərbi hədəfə aldı