Binəqədidə 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib – FOTOLAR

0
66
bineqedi-zefer-gunu.png
Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsində 8 Noyabr – Zəfər Günü münasibətilə Binəqədi Rayon İcra Hakimiyyətinin və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Binəqədi Rayon şöbəsinin birgə təşkilatçılığı ilə tədbir təşkil olunub.
Bineqedi.com xəbər verir ki, görüşdə Binəqədi RİH aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elnur Məmmədov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev, şəhid ailələrinin üzvləri və Vətən müharibəsi qaziləri iştirak edib.
Tədbir iştirakçıları öncə şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən natiqlər xalqımızın bir yumuruq kimi Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsindən, ölkə prezidentinin müharibə dönəmində, qələbənin qazanılmasında göstərdiyi inanılmaz qətiyyətindən danışıblar.
Çıxış edənlər, həmçinin Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman övladlarımızın 44 günlük müharibədə göstərdikləri qəhrəmanlıqlardan söz açıb, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyiblər.
Tədbirdə Zəfər Günü ilə bağlı videoçarx nümayiş olundu, şeir və mahnılar səsləndi.
Sonda Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi tərəfindən bir qrup şəxs fəxri fərmanla təltif edildi.
Bineqedi.com
Bir 8 nəfər, ayaqüstə duran insanlar, kostyum və içəridə şəkili ola bilərBir 11 nəfər, ayaqüstə duran insanlar, kostyum və içəridə şəkili ola bilərBir 9 nəfər, ayaqüstə duran insanlar və hərbi forma şəkili ola bilərBir 7 nəfər, oturan insanlar və ayaqüstə duran insanlar şəkili ola bilərBir 1 nəfər və ayaqda şəkili ola bilərBir 1 nəfər və ayaqda şəkili ola bilərBir 1 nəfər və ayaqda şəkili ola bilərBir 1 nəfər şəkili ola bilərBir 1 nəfər və ayaqda şəkili ola bilərBir 1 nəfər, ayaqda və bunu deyən yazı "Bİ Ga Va" şəkili ola bilərBir 1 nəfər və ayaqda şəkili ola bilərBir 13 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 8 nəfər, ayaqüstə duran insanlar, oturan insanlar, hərbi forma və içəridə şəkili ola bilərBir içəridə şəkili ola bilərBir 1 nəfər və mətn şəkili ola bilərBir 1 nəfər və ayaqda şəkili ola bilərBir 6 nəfər, ayaqüstə duran insanlar, kostyum və içəridə şəkili ola bilərBir 16 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 1 nəfər, ayaqda və mətn şəkili ola bilərBir 2 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 2 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər
Əvvəlki məqaləGələn ildən tələbə təqaüdləri 20 % artırılacaq
Növbəti məqalədəBinəqədidə Zəfər Gününə həsr olunmuş voleybol turniri keçirilib – FOTOLAR