Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 276 №-li tam orta məktəbdə 8 noyabr – Zəfər Gününə həsr olunmuş voleybol (oğlanlar) turniri keçirilib.
Bineqedi.com saytı xəbər verir ki, voleybol (oğlanlar) turnirinin nəticəsinə əsasən, 1-ci yeri 314 №-li tam orta məktəbin komandası, 2-ci yeri 276 №-li tam orta məktəbin komandası, 3-cü yeri 267 №-li məktəb-liseyin komandası tutub.
Qaliblərin mükafatlandırılması mərasimində Binəqədi rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Quliyev iştirak edib.
Bineqedi.com
















