Binəqədi rayonunda qanunsuz ticarət hallarına qarşı mübarizə tədbirləri çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi Rayon Polis İdarəsi tərəfindən birgə profilaktik tədbirlər həyata keçirilir.
Bineqedi.com xəbər verir ki, keçirilən tədbirlər zamanı səkiləri zəbt edərək piyadaların hərəkətini çətinləşdirən, küçələrdə antisanitar vəziyyət yaradaraq pərakəndə ticarətlə məşğul olan satıcılar aşkarlanıb. Qurumların əməkdaşları həmin şəxslərlə izahedici söhbətlər apararaq yalnız müəyyən olunan yerlərdə ticarətlə məşğul olmalarını onların diqqətinə çatdırıblar.
Bu gün keçirilən reyd zamanı qanunsuz küçə ticarəti ilə məşğul olan vətəndaşlar barəsində İnzibati Xətalar Məcəlləsinin 454-cü (Qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin görülməsinə görə) maddəsi ilə protokol tərtib olunub.
Bildirilib ki, bu kimi reydlər paytaxtın mütəmadi olaraq keçiriləcəkdir.
Bineqedi.com