Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev 2022-ci il sentyabr ayının 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlar zamanı mina partlayışı nəticəsində yaralanan qazi-leytenant Şamxal Şakir oğlu Əlizadəni evində ziyarət edib.
Bineqedi.com saytına verilən məlumata görə, görüşdə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri-Leysan Məmmədov və Hacıbaba Babayev, RİH Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin rəisi Nicat Həsənov və RİH başçısısını Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Namil Məmmədov iştirak ediblər.
Raron İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev qazimizə döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə öz təşəkkürünü bildirməklə, onun qayğıları ilə maraqlanmış, tezliklə sağalması və öz təcrübəsini gələcək nəsillərə öyrətməsini arzulayıb.
Görüş zamanı igid qazimiz döyüş xatirələrindən bəhs etmiş, anası övladı ilə qürur duyduğunu bildirib, göstərilən diqqət və qayğıya görə dövlət başçısına dərin minnətdarlığıını ifadə edib.
Bineqedi.com
