Azərbaycan dövlət qurumlarının əməkdaşları Xankəndiyə daxil olub

0
46
xankendi-qarabag-khankendi

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sorğusu əsasında Müdafiə Nazirliyi Rusiya sülhməramlı qüvvələrinin komandanlığına onların müvəqqəti olaraq yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntıların qanunsuz istismarı və bundan əmələ gələn ekoloji fəsadların araşdırılması və monitorinqi məqsədilə ölkəmizin aidiyyəti qurumlarının mütəxəssislərinin həmin ərazilərə göndərilməsi barədə müraciət edib.

Bu barədə Bineqedi.com saytına ETSN-dən məlumat verilib.

2022-ci il 3 dekabr tarixində saat 11:00 radələrində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları əraziyə keçid üçün Xankəndi ilə Şuşa şəhəri arasındakı Rusiya sülhməramlı qüvvələrinin nəzarət məntəqəsinə yaxınlaşıblar.

Hazırda Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdə faydalı qazıntıların qanunsuz istismarı və bundan əmələ gələn gələn ekoloji fəsadların araşdırılması və monitoriqi məqsədilə ekspertlərdən ibarət qrupun həmin ərazilərdə fəaliyyət göstərməsi sülhməramlı qüvvələrin komandanlığı ilə müzakirə olunur.

“Danışıqların yekunları barədə ictimaiyyətə məlumat veriləcək”, – məlumatda bildirilib.

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və “AzerGold” QSC-nin mütəxəssisləri Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə Xankəndiyə daxil olublar.

Bineqedi.com saytı “Caliber”ə istinadən xəbər verir ki, bu, danışıqlar nəticəsində mümkün olub.

Dövlət qurumlarının əməkdaşları Rusiya sülhməramlılarının qərargahında sülhməramlıların müvəqqəti yerləşdirildiyi ərazilərdə ekoloji monitorinqin aparılmasını müzakirə edəcək.

Vurğulamaq lazımdır ki, Qarabağda Azərbaycanın digər ərazilərində olduğu kimi istənilən dövlət qurumu istənilən vaxt monitorinqlər keçirə bilər. Bu, sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərə, o cümlədən Xankəndiyə də aiddir.

Bineqedi.com

Əvvəlki məqaləBinəqədi sakininin bank hesabından 5000 manat oğurlanıb
Növbəti məqalədəBinəqədidə polis zabiti vəfat etdi – FOTO