YAP Binəqədi rayon təşkilatının nümayəndələri Qocalar Evində olublar – FOTOLAR

0
37
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının nümayəndələri tərəfindən Qocalar Evindəki ahıllar ziyarət olundu, onlarla görüş keçirilib.
Bineqedi.com saytına verilən məlumata görə, görüşdə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva bildirib ki, ümummilli lideri Heydər Əliyev ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşıb, 22 iyun 2001-ci il tarixdə “Ahıllara sosial xidmət haqqında” Qanun qəbul olunub. Həmin qanuna əsasən, ölkədə 70 yaşına çatan Azərbaycan vətəndaşları, habelə ölkəmizdə daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl hesab olunur. Onun sözlərinə görə bu gün də ahıllara gösətərilən diqqət və qayğı davam etdirilir. Azərbaycanda ahıl insanlara dövlət qayğısı ildən-ilə artır. Bu sahədə ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın xidmətləri, sevgisi isə hər kəsə nümunədir.
Görüşdə Qocalar Evinin direktoru Samirə Mehdiyeva belə bir görüşün təşkilatçılığına görə YAP Binəqədi rayon təşkilatına təşəkkürünü bildirib.
Qayğıya ehtiyacı olan ahıl insanların ziyarət olunmasının onlara böyük mənəvi dəstək olduğunu diqqətə çatdırdı. Onun sözlərinə görə dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ahılların sosial müdafiəsinin gücləndirilməsi, sağlamlıqlarının qorunması, hüquqlarının təmin edilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir. Bu cür qocalar evlərinin fəaliyyət göstərməsi və onlara hər cür şəraitin yaradılması da deyilənlərə bariz nümunədir.
Görüşün rəsmi hissəsi başa çatdıqdan sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin müəllim və tələbə kollektivinin iştirakı ilə geniş konsert proqramı ilə davam etdirilib.
Ahıl insanlar əylənərək musiqi sədaları altında rəqs ediblər.
Sonda ahıllara müxtəlif hədiyyələr təqdim edilib. Görüş ahıllarda xoş təəssürat yaradıb.
Bineqedi.com
Bir 5 nəfər, oturan insanlar, şar və içəridə şəkili ola bilərBir 5 nəfər, ayaqüstə duran insanlar, musiqi alətlərində ifa edən insanlar, gitara və içəridə şəkili ola bilərBir 4 nəfər, oturan insanlar və içəridə şəkili ola bilərBir 5 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 6 nəfər, ayaqüstə duran insanlar, musiqi alətlərində ifa edən insanlar, gitara və içəridə şəkili ola bilərBir 11 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar, ayaqqabı və içəridə şəkili ola bilərBir 17 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 13 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 5 nəfər, musiqi alətlərində ifa edən insanlar, ayaqüstə duran insanlar, gitara və içəridə şəkili ola bilərBir 2 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 3 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
Əvvəlki məqaləBu halda pensiya yaşı azaldıla bilər
Növbəti məqalədəBinəqədidə şirkətə məxsus yarımstansiyadan oğurluq edilib