Rusiyanın Xankəndi PLANI PUÇ OLUR – Vardanyanın təsir mexanizmi itir

0
98
xankendi-qarabag-khankendi

“Sülhməramlılarla Vardanyan faktiki olaraq hər ikisi eyni şeyi edir. Hər ikisi gediş-gəlişi əngəlləmək barədə düşünür. Onların belə etmələrinin əsl səbəbi odur ki, hər iki tərəf Qarabağ ermənilərinin bölgəni tərk etməsindən narahatdırlar və bu yolla onlara mane olmağa çalışırlar”.

Bunu siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Əlimusa İbrahimov deyib.

O bildirib ki, Ruben Vardanyan erməniləri Qarabağda saxlamaq üçün bütün var-dövlətini xərcləyəcək:

“Vardan-Rusiya hərbi kontingenti tandemi Qarabağdakı 15-20 min olduğu deyilən ermənini həmin əraziyə qapatmaq istəyir. Bununla da onlar Qarabağda öz mövcudluqlarını sürdürmək niyyətindədirlər. Təbii ki, əgər orada ermənilər qalmasa və ərazi tamamilə Azərbaycanın nəzarəti altına keçəndən sonra sülhməramlılar da orada qalmayacaq və “veş-meşoqlarını” yığıb Ruisyaya getməli olacaqlar. Bu da Rusiyaya heç cür sərf etmir.

Rusiya Azərbaycan və Ermənistana təsir mexanizmini bununla da itirdi. Buna görə, eyni zamanda Ruben Vardanyanın da Qarabağa gəlmək məqsədi orada Rusiyaya xidmət etmək idi. Bütün bu planlar artıq boşa çıxır. Ona görə də, bu gün həm Ruben Vardanyan, həm də Rusiya sülhməramlıları eyni mövqedən çıxış edirlər.

Onların məqsədi hər nə yolla olur-olsun orada mövcudluğunu saxlamaqdır. Bunun üçün də Ruben Vardanyan bu istiqamətdə bütün var-dövlətini, pulunu xərcləyir ki, ermənilər Xankəndi və ətraf yaşayış məntəqələrini tərk etməsinlər. Təbii ki, o, bunu özbaşına etmir, Moskvanın tapşırığını yerinə yetirir.

Rusiya anlayırdı ki, Araik Arutyunyan oradakı qeyri-qanuni hərbi birləşmələri və erməniləri saxlamaq gücündə deyil. Bütün bunlar Moskvanın R.Vardanyanı Qarabağa göndərməsinə səbəb oldu. Bunun qarşılığında şübhəsiz ki, Vladimir Putin tərəfindən Vardanyana gələcəkdə Ermənistanın prezidenti, baş naziri olacağı ilə bağlı çox böyük vədlər verib. Amma görürük ki, bütün bu ssenarilərin hamısı uğursuzluqla nəticələnir. Azərbaycan tərəfi öz sözünün üstündə axıra qədər qətiyyətlə dayanacaq, Xankəndini və ətraf rayonları nəzarəti altına alacaq”.

Separatçı qurum Qarabağda daha çox qaldıqca, Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət zonası 30 ildən çoxdur yığılıb qalan zibilliyin tərpədilməsindən sonra verdiyi ifunət iyinə bənzəyir. Oranı zərəverici həşaratlarla dolu bataqlığa da bənzətmək olar. Zərərverici həşaratlarla mübarizənin ən doğru yolu isə bataqlığı qurutmaqdır.

Azərbaycan hazırda bu missiyanı icra etməkdədir. Şuşa-Xankəndi yolunda aksiya Azərbaycanın haqlı tələbidir. Rəsmi Bakı sərvətinin talanmasını, ekoterrora son qoyulmasını tələb edir. Amma Azərbaycanın beynəlxalq hüququn bütün bəndləri ilə üst-üstə düşən haqlı tələbindən sui-sitifadə etməyə çalışan Sülhməramlı kontingentin komandanlığı və Qarabağdakı qondarma rejim qalıqları vəziyyətdən öz xeyirləri üçün istifadə etməyə çalışdılar.

Onlar bu aksiyanı dünyana “Azərbaycan Laçın yolunu bağlayaraq ermənilərə qarşı humanitar böhran, humanitar terror yaradır” deməklə beynəlxalq ictimaiyyəti növbəti dəfə Bakının üzərinə qaldırmağa çalışdılar. Amma eyni zamanda qarşı tərəfin əsas məqsədi gün kimi aydındır ki, bir qism Qarabağ ermənilərin bölgəni tərk etmək istəyinə mane olmaq, eyni zamanda Azərbaycana vətəndaşlıq üçün müraciət etmək istəyən ermənilərin bu addımını bloklamaq məqsədi daşıyır. Yaxşı bilirlər ki, hər iki halda separatçıların Qarabağda ömrü çox çəkməyəcəyi kimi sülhməramlıların da bölgəni tərk etməsi maksimum 2 il ərzində reallaşacaq proses ola bilər.

Şusa-Xankəndi yolunda keçirilən aksiya bir daha göstərdi ki,  Ermənistan və ya Qarabağdakı separatçı qrum dünyada çox az ölkəni maraqlandırır. Maraqlananlar isə Azərbaycanı qınamır, tərəflərə standart təkliflər səsləndirirlər ki, bu da gözlənilən idi. Separatçılara isə sürprizlərimiz artan dinamika ilə davam edir.

İndiki situasiyaya görə kimlərin Azərbaycanı hədələdiyi məlumdur. Hansı ki, 30 il erməni işğalına ağızlarına su alıb susmuşdular. Rəsmi Bakı bu gün həmin dövlətlərin özünə qarşı istənilən sərt çıxışı artıq önəmsəmir. Azərbaycan öz yolunu tutub və haqlı bildiyi yol ilə inamla irəliləməkdədir. Bu, belə olmasaydı bu gün nə erməni separatçıları bu qədər hay-həşir qoparardılar, nə də onların bu himayədarları dil boğaza qoyardılar. Deməli proseslər Bakının xəyrinə cərəyan edir ki, qarşı tərəfdən hər gün gələn çığırtı daha da artır.

Ermənistanın neçə “bacısı” və yaxud “adaxlısı” olması Bakını artıq heç düşündürmür. Azərbaycan özünə qarşı təhlükənin gəlmək ehtimalını hiss etdiyi kimi, onun haradan qaynaqlanma ehtimalını da artıq çox dəqiq bildiyi üçün, kordinasiyalı siyasi xəttlə üzərinə olan hücumları və təhdidləri dəf etməyi bacarmaqdadır.

Necə ki, Bakının faktlarla rəsmi bəyanatından sonra “Qazprom”un Xankəndində qazın kəsilməsinin məhz Qarabağdakı separatçıların istəyiylə edildiyi ilə bağlı məcburi bir bəyanat yayıldı ki, bu da qondarma rejim qalıqlarının öz məkirli planları naminə bölgədəki yerli ermənilərə qurbanlıq quzu gözüylə baxdıqlarını aşkara çıxardı.

Ruben Vardanyanın “qaz haqda qələbə” çıxışı və “bu gün yol açıla bilər” açıqlamasından sonra bu istiqamətdə müxtəlif məlumatların tirajlanması isə Qarabağdakı erməni əhalini sakitləşdirilməyə, onların fikrini yayındırmağa, bu məsələyə fokslanmamağa hesablanmış bir gediş idi.

Dünən Ruben Vardanyanın bu gün üçün Xankəndidə mitinq elanı isə gözləntilərin tamamilə əksinə oldu. Şuşa-Xankəndi yolunda azərbaycaanlıların təşkil etdiyi aksiyaya cavab olaraq etiraz mitinqi hazırlamaq istəyən R.Vardanyanın arzsu ürəyində qalıb. İzdihamlı mitinq planının gerçəkləşməməsinə səbəb isə böyük ehtimalla Qarabağ ermənilərin, sivil-dinc insanların bunun başda Ruben Vardanyan olmaqla bir qrup separatçının oyunu olduğunu anlamasından irəli gəlir.

Bineqedi.com saytı milli.az-a istinadən xəbər verir ki, meydana toplaşmağa erməni tapılmadığından, Xankəndində mitinq təşəbbüsünün fiaskoya uğradığını görən Vardanyan artıq öz “votçina”sı saydığı Qarabağda üç günlük yürüş planı qurub. Bir gün Ağdərəyə, bir gün Xocavəndə, bir gün də Əsgərana gedərək “xalqla” məsləhətləşəcək, sonra gəlib guya Xankəndində möhtəşəm mitinqini keçirəcəyini açıqlayıb. Onun bu açıqlamasını isə özünü rüsvay olmaqdan qorumaq üçün atılmış bir addım da hesab etmək olar. O da baş tutmayınca Vardanyanın sonra hansı uydurmalara əl atacağı isə məlum deyil.

Aydın görünür ki, hərifin planlarının heç biri baş tutmadığından əlacsızlıqdan nə gəldi etməyə çalışır ki, Qarabağ ermənilərinin heç olmasa yaxın gələcəkdə ona qarşı etirazlara başlamasını əngəlləsin. Xüsusilə nəzərə alsaq ki, Azərbaycan sülhməramlıların müvəqqəti nəzarət zonasındakı yerli ermənilərə öz vətəndaşı kimi qucaq açmağa, onları qəbul edib, dərdlərini dinləməyə, problemlərini çözməyə hazır olduğunu son günlər ardıcıl olaraq müxtəlif kanallar vasitəsi ilə elan etdi, demək ki, Vardanyan bu durumdan olduqca narahatdır.

Qondarma rejimin “yeni nazirinin” açıqlamalarından və atdığı pərakəndə addımlardan duyulur ki, mövcud vəziyyətin davam etməsi erməni əhalinin Bakının təkliflərinıə müsbət cavab vermə reallığını gücləndirə bilər. Bundan narahat olan separatçı rejimin vəziyyətin bu həddə çatmaması üçün bundan sonra Qarabağ ermənilərinə daha təhlükəli ssenarilər hazırlayacağı isə istisna edilmir.

Əvvəlki məqaləBinəqədidə neft qurğularının elektrik avadanlıqlarını oğurlayan şəxs saxlanıb – VİDEO
Növbəti məqalədəBinəqədi RİH yanında İctimai Şuranın sədri yazır – MƏQALƏ