Binəqədidə sakinlərin piyada zolağı ilə bağlı müraciəti müsbət həllini tapdı

0
131
bineqedi-qesebe-piyada-zolagi.png

Binəqədi rayonunun 28 May qəsəbə sakinlərinin müraciətləri əsasında Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları qəsəbə ərazisindəki 306 nömrəli tam orta məktəbin inzibati binasında qəsəbə sakinləri, eləcə də valideyn və məktəblilərlə görüş keçiriblər.

Bineqedi.com xəbər verir ki, barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı qəsəbənin ərazisindən keçən Bakı-Şamaxı yolunda qəzaların qarşısının alınması, hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi istiqamətdə Baş DYP İdarəsinin apardıqları nəzarət-profilaktiki tədbirlər barədə iştirakçılara geniş məlumat verilib, yol hərəkəti qaydalarına ciddi əməl edilməsinin vacibliyi onların diqqətinə çatdırılıb.

Bununla yanaşı, həmin avtomobil yolu üzərində eyni səviyyəli piyada zolağının təşkili ilə bağlı qəsəbə sakinlərinin müraciətləri əsasında hazırlanmış layihə yerində müzakirə olunub, əhalinin təklifləri dinlənilib və aparılan monitorinq nəticəsində qeyd edilən ərazidə piyada zolağının təşkil olunması qərara alınıb.

Bineqedi.com

Əvvəlki məqalə51 nəfərə saxta pensiya təyin olunub, 884 min manat artıq ödənilib?
Növbəti məqalədəBinəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın növbəti iclası keçirilib – FOTOLAR