Binəqədidə kənd təsərrüfatı məhsullarının satış yarmarkası fəaliyyətə başladı – FOTOLAR

0
174
bineqedi-yarmarka-kend-teserrufati.png
Dövlət dəstəyi çərçivəsində Binəqədi rayonunda kənd təsərrüfatı məhsullarının satış yarmarkası fəaliyyətə başlayıb.
Bineqedi.com saytına verilən məlumata görə, mikro və kiçik sahibkarların ticarət şəbəkələrinə çıxışına dəstək mexanizmi çərçivəsində kənd təsərrüfatı məhsullarının satışının həyata keçirilməsi üçün yarmarka fəaliyyətə başlayıb.
Yarmarkanın ilk günündə Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov və Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev iştirak etdilər.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə yaradılmış yarmarka Binəqədi rayonu ərazisində (Əcəmi Naxçıvani küçəsi ilə Koroğlu Rəhimov küçəsinin kəsişməsində) yerləşir.
Yarmarkada 60-a yaxın sahibkarlıq subyektinə kənd təsərrüfatı məhsullarının satışının həyata keçirilməsi üçün müvafiq şərait yaradılıb.
Yarmarka hər gün fəaliyyət göstərəcək.
Kənd təsərrüfatı məhsullarının satışını həyata keçirmək istəyən sahibkarlar yarmarkada iştirak edə bilərlər.
Bineqedi.com
Bir 4 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 6 nəfər və açıq hava şəkili ola bilərBir 1 nəfər, ayaqda, qida və içəridə şəkili ola bilərBir 1 nəfər, meyvə və içəridə şəkili ola bilərBir 1 nəfər və açıq hava şəkili ola bilərBir 8 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 4 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər
Əvvəlki məqaləBinəqədidə “Şuşa İli”nə həsr olunmuş tədbir keçirilib – FOTOLAR
Növbəti məqalədəBinəqədidə yaşayış massivində təhlükəyə çevrilən göl – VİDEO