“Batıgöz” klinikası jurnalistlər üçün kampaniya keçirir

0
138

Azərbaycanda göz xəstəliklərinin müayinəsi, müalicəsi və əməliyyatı sahəsində peşəkar klinikalardan biri olan “BATIGÖZ” klinikası Yeni il və 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə jurnalistlər üçün pulsuz göz müayinəsi təşkil edir.

Klinikanın yaydığı açıqlamada bildirilir ki, müayinə Türkiyədən gələn və xaricdə təhsil alan peşəkar həkimlər tərəfindən həyata keçiriləcək.

Bineqedi.com saytı xəbər verir ki, açıqlamada deyilir ki, müayinə üçün gələn media təmsilçiləri redaksiyanın müvafiq məktubunu, yaxud da iş vəsiqəsini təqdim etməlidir. Pulsuz müayinə kampaniyası 2023-cü ilin yanvar ayının sonunadək aparılacaq.

Klinikanın ünvanı Nəsimi rayonu, Vaqif Prosppekti 75 A (Koroğlu Parkının yanı).

Bineqedi.com

Əvvəlki məqaləBinəqədi rayonu A. Məlikov adına 11 nömrəli Onbirillik Musiqi məktəbində konsert təşkil olunub – FOTOLAR
Növbəti məqalədəBinəqədidə “Şuşa İli”nə həsr olunmuş tədbir keçirilib – FOTOLAR