Binəqədi rayonu M.Maqomayev adına 26 nömrəli Onbirillik Musiqi Məktəbində Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi, simfonik muğam janrının banisi, ictimai xadim, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Respublikasının xalq artisti, Dövlət mükafatları laureatı Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunmuş konsert proqramı həyata keçirilib.
Bineqedi.com saytı xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Amal Əsgərov və Bakı şəhər Mədəniyyət Baş İdarəsi Aparatının Musiqi təhsili və incəsənət sektorunun baş məsləhətçisi Mehriban Qurbanova, unudulmaz Fikrət Əmirovun bacısı qızı Fikriyyə xanım, M.Maqomayev adına 26 nömrəli Onbirillik Musiqi Məktəbinin direktoru Gülşən Quliyeva, musiqi və incəsənət məktəblərinin direktorları, pedoqoji kollektiv və valideynlər iştirak ediblər.
Konsertdə məktəbin respublika və beynəlxalq müsabiqələr laureatı olmuş şagirdlərinin, xalq çalğı alətləri və “Buta” qanun çalanlar ansamblının ifasında görkəmli bəstəkar Fikrət Əmirovun əvəzolunmaz əsərləri uğurla səslənib, eyni zamanda bəstəkarın həyat və yaradıcılığını əks etdirən video-çarx nümayiş olunub.
Bineqedi.com




























