YAP Binəqədi rayon təşkilatının yeni ərazi partiya təşkilatı təsis edilib

0
115

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının “Əcəmi Naxçıvani 53” ünvanı üzrə yeni ərazi partiya təşkilatı təsis edilib. Bineqedi.com saytına verilən məlumata görə, bu münasibətlə keçirilmiş iclasda yeni ərazi partiya təşkilatının üzvləri, “MedEra Hospital” Klinikasının rəhbərliyi çıxış ediblər. Onlar Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycanın mütərəqqi bir dövlətə çevrildiyini, xalqımızın daha firavan həyata qovuşduğunu vurğulayıblar. Onlar çıxışında klinikanın fəaliyyəti barədə də ətraflı məlumat veriblər.
İclasda yekun nitq ilə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov partiya üzvlərini salamlayıb. Bildirib ki, partiya inkişaf yolunun başlanğıcını 1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin rəhbərliyi və sədrliyi ilə Naxçıvan Muxtar Respublikasında keçirilən təsis konfransından götürüb. Bu işıqlı yol isə bizi bugünkü müstəqilliyimizə qovuşdurub. Hazırda 800 minə yaxın üzvü sıralarında birləşdirən Yeni Azərbaycan Partiyasının həm ölkə daxilində mövqeləri çox möhkəmdir, həm də xarici əlaqələri getdikcə genişlənir. Vüsar İsmayılov, eyni zamanda vurğulayıb ki, partiyanın 5 mart 2021-ci il tarixində keçirilən VII Qurultayında çox mühüm qərarlar qəbul edildi. Partiyanın yeni Nizamnaməsi və Proqramı qəbul edildi, struktur islahatları həyata keçirildi. Sədr dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə əldə olunan uğurlara diqqət çəkərək iqtisadi, sosial islahatların əhəmiyyətli nəticələri barədə fikirlərini bildirib. Çıxışının sonunda görülən işlər və qarşıdakı perspektivlər barədə fikirlərini bölüşdü, müvafiq tapşırıq və tövsiyyələrini verib.
Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. “MedEra Hospital”-ın icraçı direktor u Lalə Babayeva yekdilliklə “Əcəmi Naxçıvani 53” ünvanı üzrə ərazi partiya təşkilatının sədri, mühasib Rafael Abbasov ərazi partiya təşkilatının sədr müavini seçilib. Yeni seçilən sədr və müavin göstərilən etimada görə təşəkkürünü bildirib.

Əvvəlki məqaləBinəqədidə Heydər Əliyev irsinin öyrədilməsi ilə bağlı dərslər keçirilib
Növbəti məqalədəBinəqədi rayonunda şəhid ailələrinə ordenlər təqdim olunub