Binəqədidə binada partlayış nəticəsində 17-ci mərtəbədə yerləşən bütün mənzillər tamamilə dağılıb – VİDEO

0
113
partlayis-qazsizma-bineqedi-azeriqaz-fhn-yangin.png

Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yerləşən çoxmərtəbəli binada partlayış baş verib.

Bineqedi.com saytı xəbər verir ki, dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən doqquzmərtəbəli yaşayış binasının doqquzuncu mərtəbəsində yerləşən vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan üçotaqlı mənzildə, ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla müşahidə olunmayan partlayışın baş verdiyi müəyyən edilib.

Partlayış dalğasının zərbəsindən otaqların pəncərə çərçivələri yerindən çıxıb, mənzilə ziyan dəyib, həmçinin 2 qonşu mənzilin giriş qapıları çərçivəsindən çıxıb.

“Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayışın təsirindən 17-ci mərtəbədə yerləşən bütün mənzillər tamamilə dağılıb”. 

Bunu Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini polkovnik Əkbər Novruzov deyib.

Onun sözlərinə görə, partlayışa səbəb ola biləcək əsas amil qaz amilidir. Partlayışın dəqiq səbəbləri, hadisənin hansı mənzildə baş verməsi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır: “17-ci mərtəbədə 6 mənzil yerləşir. Onların hamısı deformasiyaya uğrayıb, dağılıb. Həmçinin partlayışın təsirindən 16-cı mərtəbədə bir mənzilin qapısı, liftlərin qapıları, təxliyyə yollarında divarlarda çatlar əmələ gəlib.  Hazırda həm FHN, həm də digər hüquq-mühafizə orqanlarının əməliyyat istintaq qrupları hadisə yerində təhqiqat işləri aparır”.

Hadisə nəticəsində 1 nəfər həlak olub.

Bineqedi.com saytı Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, partlayışda həyatını itirən şəxs polis nəfəri Məhəmməd Babayev olub.

O polis bölmələrindən birində sürücü vəzifəsində xidmət edib.

Hadisə nəticəsində 3 nəfər xəsarət alıb.

Hadisə ilə bağlı “Azəriqaz” İB-nin direktoru Ruslan Əliyev ictimaiyyətə açıqlama verib.

O bildirib ki, “Azəriqaz” İB-nin rəhbər şəxsləri hadisədən çox keçməmiş partlayış baş verən ərazidə olublar:

“Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış baş verib. Hadisə nəticəsində 1 nəfər həlak olub, 3 nəfər xəsarət alıb, mənzilə ciddi ziyan dəyib.

İlkin məlumata əsasən, on yeddi mərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yerləşən mənzildə məişət qazının sızması nəticəsində yanğınla müşahidə olunmayan partlayış baş verib. Təhlükəsizlik tədbirləri baxımından dərhal ərazidə qaz təchizatı dayandırılıb.

Faktla bağlı araşdırma aparılır”.

Əvvəlki məqaləBu şəxslərə daha çox ƏDV qaytarılacaq – Rəqəmlər açıqlandı
Növbəti məqalədəXankəndi mağazalarında Azərbaycan məhsulları – Manatla alış-veriş: ermənilər üçün asan yol – VİDEO