YAP Binəqədi rayon təşkilatının əməkdaşları və könüllülər fabrikin işi ilə tanış oldular – FOTOLAR

0
161
yap-bineqedi-zavod.png
YAP Binəqədi rayon təşkilatının əməkdaşları və könüllü gənclər Biləcəri qəsəbəsi, M.S. Ordubadi küç., döngə 3 ünvanında yerləşən meyvə və tərəvəzlərin konservləşdirilməsi fabrikində olublar.
Bineqedi.com saytına verilən məlumata görə, YAP üzvlərinin çalışdığı fabrikdə qonaqlar yaradılan şəraitlə, istehsal prosesi və burada tətbiq olunan beynəlxalq standartlar ilə tanış olmuşlar.
Çay süfrəsi arxasında səmimi söhbət zamanı YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov şirkət əməkdaşları ilə söhbət etmiş, cənab prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə uğurla aparılan sosial-iqtisadi və siyasi islahatlar barədə geniş məlumat verib.
Daha sonra şirkət əməkdaşları ilə yaxından tanış olan YAP Binəqədi rayon kollektivi təcrübə olaraq istehsal prosesində iştirak ediblər.
Məlumat üçün qeyd edək ki, “Brightman BMC MMC” şirkəti 2015-ci ildən etibarən meyvə və tərəvəzlərdən konserv məhsullarının istehsalı ilə məşğul olur.
Şirkət ZİRA Natural & Gourmet və NOVRUZ brendləri altında 45 növ müxtəlif mürəbbə, cem, sous və tərəvəz qəlyanaltıları istehsal edir.
Şirkət ölkəmizdə qadın sahibkarlığın inkişafına töhfə verməkdədir. Belə ki, şirkətin əməkdaşları əsasən qadınlardan ibarətdir.
Ümumi istehsalın 70%-i Rusiya, ABŞ, Yaponiya, Qətər, Polşa kimi ölkələrə ixrac olunur və şirkət ölkəmizi Made in Azerbaijan konsepsiyası altında uğurla təmsil edir.
Şirkətin rəhbəri Afət Əhmədovanın fikrinə görə, dünya arenasında rəqabətqabiliyyətli məhsulların istehsalı həm də zəngin Azərbaycan mədəniyyəti və mətbəxini digər ölkələr arasında təşviq etmək imkani yaradır.
Bineqedi.com
Bir 6 nəfər, ayaqüstə duran insanlar, qida və içəridə şəkili ola bilərBir 6 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 6 nəfər, ayaqüstə duran insanlar, qida və içəridə şəkili ola bilərBir 8 nəfər, ayaqüstə duran insanlar, qida və içəridə şəkili ola bilərBir 11 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 9 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 9 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 8 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 6 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərŞəkilin açıqlaması yoxdur.Bir 5 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 9 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər
Əvvəlki məqaləMaaş və pensiya artımları bu şəxslərə də aiddir
Növbəti məqalədəBinəqədidə toydan evə qayıdan kişini vuraraq öldürən sürücüyə AĞIR CƏZA