Paşinyan Kremlə meydan oxudu

0
124
pasinyan

“Rusiyanın Ermənistanda hərbi mövcudluğu İrəvanın təhlükəsizliyinə təhdid yaradır”.

Bineqedi.com xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu gün İrəvanda, Hökumət Dəftərxanasının binasında keçirdiyi mətbuat konfransında belə deyib.

“Son zamanlar qərbli həmkarları ilə təmaslar zamanı Azərbaycan özünün “aqressiv hərəkətlərini” Ermənistan və Rusiyanın Azərbaycana qarşı birgə təcavüzkar hərəkətlər hazırlamasından ehtiyat etməklə əsaslandırır və azərbaycanlılar qabaqlayıcı addımlar atırlar. Rusiyalı həmkarlarımızın diqqətini bu fakta cəlb edirik: Onların susqunluğu şəraitində belə çıxır ki, Rusiyanın Ermənistanda hərbi mövcudluğu nəinki ölkəmizin təhlükəsizliyinə təminat verir, əksinə, Ermənistanın təhlükəsizliyinə real təhdidlər yaradır”, – Paşinyan bildirib.

Ermənistan BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə Qarabağla bağlı qəbul etdiyi qətnamələrə daha praqmatik yanaşmalı idi.

Ermənistan Respublikası Qarabağın taleyini müəyyən etməyə iddia etmir.

O, Qarabağ erməniləri ilə Bakı arasında dialoqun yaradılmasının vacibliyi barədə danışıqlar apardıqlarını da sözlərinə əlavə edib.

“Dünən və bu gün beynəlxalq ictimaiyyət Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır və biz BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin sadəcə kağız üzərində yazılmış mətnlər olduğunu düşünəndə, bəlkə də biz praqmatik olmamışıq”, – o qeyd edib.

Eyni zamanda, Ermənistanın baş naziri bir daha vurğulayıb ki, Rusiya BMT Təhlükəsizlik Şurasında öz sülhməramlılarına beynəlxalq mandat verilməsi və ya beynəlxalq sülhməramlı missiyanın regiona göndərilməsi ilə bağlı müzakirələrə başlamalıdır.

“Mən artıq bu məsələyə toxunmuşam və bir daha vurğulayıram ki, Laçın dəhlizinin təhlükəsizliyi Rusiya Federasiyası tərəfindən təmin edilməlidir”.

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün İrəvanda, Hökumət Dəftərxanasının binasında keçirdiyi mətbuat konfransında belə deyib.

Onun sözlərinə görə, 2020-ci ilin noyabrın 9-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatın 6-cı bəndinə əsasən “Rusiya və Azərbaycanın hüquqi öhdəlikləri var. Laçın dəhlizinin fasiləsiz işləməsi üçün Ermənistanın heç bir öhdəliyi yoxdur”.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 30 gündür davam edir.

Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

N.Paşinyanın bugünkü mətbuat konfransında söylədiklərini təqdim edirik:

Ermənistan-Türkiyə münasibətləri barədə

“Ümid edirəm ki, yaxın gələcəkdə Ermənistan-Türkiyə sərhədi üçüncü ölkə vətəndaşları, eləcə də diplomatik pasportu olan şəxslər üçün açılacaq”

Rusiyaya ultimatum barədə

“Ultimatum? Nə ultimatum?! Ermənistan Laçın dəhlizinin açılması üçün Rusiya ilə ultimatum dili ilə danışmaq fikrində deyil. Ultimatumla bağlı iddialar tamamilə əsassız və yanlışdır”

Laçın yolu barədə

“Rusiya Federasiyasının sülhməramlı kontingenti Laçın dəhlizinin fəaliyyətini təmin etməlidir.  Ermənistanın Laçın dəhlizinin rahat işləməsini təmin etmək öhdəliyi yoxdur. Dəhlizin fəaliyyətini təmin etmək üçün əsas vəzifələr Moskva və Bakıya həvalə olunub. Üçtərəfli bəyanat açıq sənəddir və hər kəs onu oxuya bilər. Laçın dəhlizi Rusiya sülhməramlı kontingentinin nəzarətində olmalıdır, bu da o deməkdir ki, Laçın dəhlizinə heç bir başqa qurum nəzarət etməməlidir. Və ümid edirik ki, bu tələb yerinə yetiriləcək. Söhbət Azərbaycanın danışıq qabiliyyətindən gedir”

Region barədə

“Beynəlxalq təchizat zəncirlərində ciddi dəyişiklik var. Bölgəmiz beynəlxalq daşımalar baxımından daha maraqlı olur və hesab edirəm ki, Ermənistan-Türkiyə sərhədinin açılması və dəmir yolunun işə salınması qlobal əhəmiyyət kəsb edir. Ümid edirəm ki, biz bu istiqamətdə irəliləyə biləcəyik. Mən bir daha bəyan etməliyəm ki, Yeraşx-Sədərək-Ordubad-Meğri-Horadiz dəmir yolunun bərpası da daxil olmaqla, Ermənistan ərazisindən keçən avtomobil nəqliyyatının qarşısının alınmasına da hazırıq. Buna mane olan yeganə şey Azərbaycanın hansısa dəhlizlərlə bağlı davam edən ritorikasıdır”.

Rusiya və Belarusa qatılaraq Birlik Dövlətinə qoşulmaq  barədə

“Birlik Dövlətinə qoşulmaq üçün rəsmi təklif olmayıb. Ancaq bəzən problemlərin və qlobal proseslərin kontekstinə daha dərindən baxmaq lazımdır”:

Rusiyadan gözləntilər barədə

“Ermənistan Respublikasının yaranması prosesində təməl daşı Rusiyanın Ermənistanın təhlükəsizliyinin birinci təminatçısı olduğuna inam idi. Və biz məsələni bu cür dərk etmişik və qavramaqda davam edirik.

2020-ci ildə 44 günlük müharibədən sonra Rusiya Federasiyası ilə əsas gündəliyimiz ondan ibarət idi ki, Azərbaycanın Ermənistanın suveren ərazilərinə təcavüz edəcəyindən narahatıq. Bu söhbətlər çox konkret idi və bu müzakirələr nəticəsində biz Ermənistan sərhədlərinin təhlükəsizlik tərəfdaşlarımız üçün qırmızı xətt olduğuna dair rəsmi zəmanət aldıq.

2021-ci ilin mayında təcavüz baş verəndə biz tərəfdaşlarımızdan, xüsusən də Rusiyadan konkret hərəkətlər gözləyirdik. Müraciətlərimizə cavab olaraq cavab aldıq ki, Ermənistanla Azərbaycan arasında sərhəd delimitasiyası aparılmayıb. Sual yarandı ki, o qırmızı xətt hara gedir? Münasibətləri daha da inkişaf etdirmək üçün qırmızı xəttin haradan keçdiyini və məsuliyyət sahəsinin harada olduğunu başa düşməliyik”

KTMT təlimləri barədə

“Ermənistanın müdafiə naziri artıq KTMT-dəki həmkarlarına yazılı şəkildə məlumat verib ki, bu vəziyyətdə Ermənistanda KTMT təlimlərinin keçirilməsini məqsədəuyğun hesab etmirik. Bu təlimlər ən azı bu il Ermənistanda keçirilməyəcək”

Moskvaya daha bir messic

“Rusiyalı həmkarlarımızın diqqətini ona cəlb edirik ki, Azərbaycan Qərb tərəfdaşları ilə Ermənistan-Rusiya dairələrinin yaratdığı təhlükə barədə danışarkən, onların cavab verməməsi şəraitində Rusiya Federasiyasının hərbi mövcudluğunun Ermənistan nəinki Ermənistanın təhlükəsizliyinə təminat vermir, əksinə, Ermənistanın təhlükəsizliyinə təhdidlər yaradır.

BMT qətnamələri barədə

“Həm dünən, həm də bu gün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi qəbul edir və biz BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin sadəcə kağız üzərində yazılmış mətnlər olduğunu düşünəndə bəlkə də praqmatik olmamışıq”.

Əvvəlki məqaləBakıya qar yağdı – Binəqədidə aidiyyəti qurumlar iş başında – FOTOLAR
Növbəti məqalədəMüəllim və həkimlərin maaşları hansı qaydada artacaq?