Bakıda 19 yaşlı oğlan özünü çoxmərtəbəli binadan atıb.
Bineqedi.com xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ötən gecə saat 21 radələrində bir nəfər özünü binanın 12-ci mərtəbəsinin eyvanından atıb.
Özünü atan şəxs 2004-cü il təvəllüdlü O. İ.-dir.
Hadisə Binəqədi rayonu İ. Hacıyev küçəsində qeydə alınıb.
O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
О. İ. reanimasiyaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

















