Hər kəs kredit tarixçəsini bundan sonra pulsuz öyrənə biləcək

0
142
bank-bankomat-bineqedi

Mərkəzi Bankın sərəncamında olan Mərkəzləşdirilmiş Kredit Reyestri Sistemində (MKRS) vətəndaşların onlara aid məlumatlara çıxış imkanlarının təşkil edilməsi məqsədilə Mərkəzi Bankın Elektron Xidmətlər Portalında müvafiq funksionallıq yaradılıb və cari ilin 10 yanvar tarixindən istifadəyə verilib.

Bineqedi.com saytı Mərkəzi Banka istinadən xəbər verir ki, vətəndaşlar istənilən vaxt Elektron Xidmətlər Portalında yeni yaradılmış səhifəyə (https://accr.e-cbar.az) “ASAN Login” vasitəsilə daxil olaraq ödənişsiz şəkildə öz kredit tarixçələrini nəzərdən keçirə bilərlər.

“Ölkədə əhalinin və biznes subyektlərinin maliyyə resurslarına çıxışının asanlaşdırılması və yeni maliyyə alətlərindən geniş istifadənin təmin edilməsi məqsədilə Mərkəzi Bank tərəfindən bu sahədə tədbirlərin davamlı olaraq həyata keçirilməsi planlaşdırılır”,- Mərkəzi Bank bildirir.

Bineqedi.com

Əvvəlki məqaləİlham Əliyev yerli televiziya kanallarına müsahibə verib – MÜSAHİBƏNİN TAM VİDEOSU
Növbəti məqalədəQarabağ və Qərbi Azərbaycan: işğala son, qayıdışa davam – ŞƏRH